BAKI, 18 mart — Sputnik. Martın 17-də qeydə alınmış Tac Kütlə Atılmalarının (TKA) təsiri ilə 20 martda G1 (zəif) geomaqnit qasırğası baş verməsi ehtimalı var.
Bu barədə Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.
Bildirilib ki, Günəş küləyinin sürəti martın 20-də 17 martda baş vermiş TKA-nın təsiri ilə artacaq. Tac Dəliyindən çıxan Yüksək Sürətli Zərrəciklər Seli 24 martda Yerə öz təsirini göstərəcək.