BAKI, 18 mart - Sputnik. Cari ildə yaz fəsli Azərbaycana 20 mart saat 07:06-da daxil olacaq.
Şamaxı Astrofizika Rəsədxanasından verilən xəbərə görə, bu zaman gecə ilə gündüz bərabərləşəcək.
Günəş ekliptika üzrə hərəkət edib göy ekvatorunu kəsərək cənub yarımkürəsindən şimal yarımkürəsinə keçəcək. Həmin andan etibarən şimal yarımkürəsində yaz fəsli başlayacaq.
Qeyd edək ki, şimal yarımkürəsində yaz fəsli iyun ayının 21-ə qədər davam edəcək. İyunun 21-i saat 00:50-də baharı yay əvəz edəcək. Bu zaman yerin fırlanma oxu günəş istiqaməti ilə ən kiçik bucaq əmələ gətirir və ya günəş günorta vaxtı üfüqdən maksimum hündürlükdə (73⁰.1) olur. Həmin gün ən uzun gündüz və ən qısa gecə olur. Gündüzün uzunluğu 15 saat 3 dəq. 23 san., gecənin uzunluğu isə 8 saat 56 dəq. 37 san. olacaq.
21.03.23, 01:56
Bu gün saat 01:24-də Azərbaycana yaz fəsli daxil olub.
Gecə ilə gündüz bərabərləşib.
Belə ki, Günəş ekliptika üzrə hərəkət edərək cənub yarımkürəsindən şimal yarımkürəsinə keçib və yaz fəsli başlayıb. Bu fəslin uzunluğu 92 gün 17 saat 33 dəqiqə 23 saniyə olacaq.
Şimal yarımkürəsində yaz fəsli iyun ayının 21-nə qədər davam edəcək.