Rusiyada prezident seçkiləri

Xarici İşlər Nazirliyi: Rusiyanın rəqibləri xaricdəki seçkiləri poza bilmədilər

Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınmış 4 namizəd: Leonid Slutski, Nikolay Xaritonov, Vladislav Davankov və Vladimir Putin dövlət başçısı postu uğrunda mübarizə aparırlar.
Sputnik
BAKI, 17 mart - Sputnik. Rusiyanın rəqibləri xaricdəki ruslar arasında seçkilərin keçirilməsini poza bilməyiblər. Bunu Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Yevgeni İvanov deyib.

“Əminliklə deyə bilərik ki, opponentlərimiz xaricdəki vətəndaşlarımız arasında Rusiya prezidentinin seçilməsinə xələl gətirə bilməyiblər, onları ölkəmizin inkişaf yolunu seçmək kimi konstitusion hüquqlarından istifadə etməkdən çəkindirə bilməyiblər” - İvanov Rusiya prezident seçkilərində səsvermənin gedişi ilə bağlı brifinq zamanı bildirib.

Xatırladaq ki, Rusiya Federasiya Şurası prezident seçkilərini 2024-cü il martın 17-nə təyin edib. Səsvermə üç gün: 15, 16 və 17 mart tarixlərində davam edəcək.
Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınmış 4 namizəd: Leonid Slutski, Nikolay Xaritonov, Vladislav Davankov və Vladimir Putin dövlət başçısı postu uğrunda mübarizə aparırlar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.