BAKI, 17 mart — Sputnik. Martın 17-də bir çox dünya şöhrətli aktyorlar, elm adamları, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəliblər. Bu gündə tarixə düşən hadisələr də baş verib.
Martın 17-də kimlər dünyaya gəlib?
Hüseyn Ərəblinski (1881-1919) - Azərbaycan peşəkar teatr sənətinin banilərindən biri, teatr və kino aktyoru və rejissorudur. Onun əsl adı Hüseynbala Xələfovdur. Aktyor ilk dəfə Azərbaycan operası "Leyli və Məcnun"u tamaşaya qoyub.
Hüseyn Ərəblinski-Azərbaycan aktyoru və rejissoru, Azərbaycan peşəkar teatr sənətinin banilərindən biri. Arxiv şəkli
© Photo : Public domain
Rudolf Nuriyev (1938-1993) - SSRİ, İngiltərə və Fransanın balet artisti, baletmeysterdir. O, XX əsrin ən məşhur rəqqaslarından biridir.
Rudolf Nuriyev
© Sputnik / В. Воног
Kurt Rassell (1951) amerikalı aktyor, ssenarist və prodüserdir. Tamaşaçılar onu 1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərindəki fantastika və döyüş filmlərindəki rollarına görə xatırlayırlar. Bunlar "Nyu-Yorkdan qaçış", "Sümük tomaqavk", "Ölümün sübutu", "Mənfur səkkizlik" və digər filmlərdir.
Kurt Rassell
© AFP 2024 / Getty Images North America / JESSE GRANT
Dmitri Astraxan (1957) – SSRİ, Rusiya teatr və kino rejissoru, teleaparıcı, RF əməkdar artistidir.
Yunis Geyson (1928-2018) – İngiltərə teatr və kino aktrisası, müğənnidir. O, Ceyms Bondun haqqında çəkilən ilk iki filmdə - "Doktor Nou" və "Rusiyadan sevgi ilə" filmlərində onun sevgilisi Silviya Trenç rolu ilə məşhurlaşıb.
Yunis Geyson
© Joel Ryan / Invision / AP
Martın 17-də dünyada baş verən tarixi hadisələr
1861-ci ildə Sardiniya parlamenti paytaxtı Turin olan müstəqil İtaliya Krallığını elan edib və kral II Viktor Emmanuel onun başçısı olub.
1950-ci ildə ABŞ-ın Kaliforniya Berkli Universitetində dünyanın ən bahalı metallarından biri olan radioaktiv kimyəvi element kalifornium sintez edilib. Bu gün onun qramı 27 milyon dollara başa gəlir. O, yalnız ABŞ və Rusiyadakı iki laboratoriyada istehsal olunur. İl ərzində hər iki laboratoriya nüvə enerjisində, tibbdə və geoloji kəşfiyyatda istifadə olunan 80 mikroqramdan çox olmayan metal əldə edə bilir.
1959-cu ildə ABŞ-ın SSN-578 "Skate" sualtı qayığı buz qatını yararaq Şimal qütbünə çıxıb.