Rusiyada prezident seçkiləri

Rusiyanın Azərbaycandakı səfirliyində səsvermə davam edir

Səfirlik əməkdaşları hamının səsvermədə iştirakını təmin edir.
Sputnik
BAKI, 17 mart - Sputnik. Rusiyanın Azərbaycandakı səfirliyində RF prezident seçkilərində səsvermə davam edir. Bu barədə Sputnik Azərbaycan-a Rusiya səfirliyinin müşaviri Aleksandr Savinov bildirib.
Onun sözlərinə görə, saat 18:00-a qədər Bakıda 1500-dən çox Rusiya vətəndaşı səsvermədə iştirak edib.
Rusiya Federasiyasının Azərbaycandakı səfirliyində RF Prezidentinin növbədənkənar seçkiləri ilə bağlı yerli vaxtla saat 08:00-da səsvermə başlayıb və 20.00-a qədər davam edəcək.
Xatırladaq ki, Rusiya Federasiya Şurası prezident seçkilərini 2024-cü il martın 17-nə təyin edib. Səsvermə üç gün: 15, 16 və 17 mart tarixlərində davam edəcək. Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınmış 4 namizəd: Leonid Slutski, Nikolay Xaritonov, Vladislav Davankov və Vladimir Putin dövlət başçısı postu uğrunda mübarizə aparırlar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.