VİDEO

Rusiyanın Azərbaycandakı səfirliyi səyyar səsvermə təşkil edib

Səfirlik əməkdaşları hamının səsvermədə iştirakını təmin edir.
Sputnik
BAKI, 17 mart - Sputnik. Rusiya Federasiyasının Azərbaycandakı səfirliyində RF Prezidentinin növbədənkənar seçkiləri ilə bağlı yerli səsvermə davam edir.
Əvvəl də bildirildiyi kimi, səfirlik mobilliyi az olanlara da səsvermə hüququnun həyata keçirilməsi üçün şərait yaradır.
Azərbaycanda yaşayan Rusiya vətəndaşı Lüdmila Rzayeva da belələrindəndir. O, səyyar səsvermənin təşkilinə görə, səfirlik əməkdaşlarına təşəkkürünü bildirib.

"Səfirliyə mənə səs vermək imkanı verdiyinə görə təşəkkür edirəm. Səhhətimə görə çox aktiv insan deyiləm, əlavə olaraq evimdə də ağır xəstə var. Çox minnətdaram ki, belə diqqət göstərdilər, zəng etdilər, xəbərdarlıq etdilər, gəlib hər şeyi təşkil etdilər. Mən rahat səs verdim. Çox sağ olun!" - semici bildirib.

Qeyd edək ki, Azərbaycan tərəfi Gəncə şəhərində və Xocalı şəhərində Rusiya sülhməramlı kontingentinin bazasında seçkilərdən bir neçə gün əvvəl erkən səsvermənin təşkilinə kömək edib.
Rusiyanın Federasiya Şurası prezident seçkilərini 2024-cü il martın 17-nə təyin edib. Səsvermə üç gün davam edəcək: 15, 16 və 17 mart. Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınmış 4 namizəd dövlət başçısı postu uğrunda mübarizə aparır: Leonid Slutski, Nikolay Xaritonov, Vladislav Davankov və Vladimir Putin.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.