BAKI, 17 mart - Sputnik. Rusiya Federasiyasının Azərbaycandakı səfirliyində RF Prezidentinin növbədənkənar seçkiləri ilə bağlı yerli vaxtla saat 08:00-da səsvermə başlayıb.
Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov Azərbaycandakı rusiyalıları RF prezidenti seçkilərində səs verməyə çağırıb.
“Azərbaycan hakimiyyətinə səsvermə üçün ən rahat şərait yaratdığına görə minnətdarıq” - o, Sputnik Azərbaycan-a bildirib.
Federasiya Şurası prezident seçkilərini 2024-cü il martın 17-nə təyin edib. Səsvermə üç gün davam edəcək: 15, 16 və 17 mart. Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınmış 4 namizəd dövlət başçısı postu uğrunda mübarizə aparır: Leonid Slutski, Nikolay Xaritonov, Vladislav Davankov və Vladimir Putin.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.