AZƏRBAYCAN XƏBƏRLƏRİ

Prezidentin NATO-nun Baş katibi ilə geniş tərkibdə görüş olub - YENİLƏNİB

Yens Stoltenberq martın 17-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Sputnik
BAKI, 17 mart - Sputnik. Prezident İlham Əliyevin NATO-nun Baş katibi ilə şam yeməyi əsnasında geniş tərkibdə görüş olub. Martın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin NATO-nun Baş katibi Yens Stoltenberq ilə şam yeməyi əsnasında geniş tərkibdə görüşü olub.
***
Martın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və NATO-nun Baş katibi Yens Stoltenberq mətbuata bəyanatla çıxış ediblər.
Prezident İlham Əliyev ilə NATO-nun Baş katibi Yens Stoltenberq mətbuata bəyanatla çıxış ediblər
***
Martın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin NATO-nun Baş katibi Yens Stoltenberq ilə təkbətək görüşü başlayıb. Bu barədə Azərtac xəbər yayıb.
Qeyd edək ki, NATO-nun Baş katibi Yens Stoltenberq martın 17-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Azərbaycan Prezidenti ilə NATO-nun Baş katibi arasında görüş
Azərbaycan Respublikasının və NATO-nun bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Baş katib Yens Stoltenberqi xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.