"Quliyev 1905-ci ildə təşkil edilmiş Müsəlman Xeyriyyə Cəmiyyətinin yaradıcılarından biri olub. Onun Qafqazın bir çox şəhərlərində fabrikləri, həmçinin 20-ci əsrin əvvəllərində dəyirmanların fəal şəkildə tikildiyi Stavropolda da mülkləri olub - emal edilmiş məhsulu satmaq taxıldan daha çox daha sərfəli idi" - Mirzəyev bildirib.
"Aldıqdan sonra o, mühəndis Qriqori Kuskovun layihəsinə uyğun olaraq dəyirmanı tamamilə yenidən tikdi və altı ildən sonra əlavə olaraq 8 min ton taxıl üçün dəmir-beton lift quraşdırdı. Layihə Quliyevə 350 min gümüş rubla başa gəldi - o vaxt bu, böyük məbləğ idi. Tikinti irimiqyaslı görünürdü və şəhərdə yeganə sənaye binasına çevrilmişdi" - Stavropol sakini qeyd edib.
"Bildiyimə görə, bina Stavropol diyarının Mədəni İrs Obyektlərinin Qorunması və Dövlət Mühafizəsi İdarəsinin xüsusi nəzarətindədir, lakin onun sahibi var. Hər dəfə binanın yanından keçəndə ürəyim parçalanır. Görünür, tək mən bu hissləri keçirmirəm, çünki kimsə tarixi abidəyə diqqət çəkmək üçün onun üzərinə plakat asıb. Bunu kim edib - bilmirəm, amma mən və həmyerlilərim ona minnətdarıq" - Mirzəyev qeyd edib.