CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 16 mart – FOTO

Bu gün dünyada və ölkədə müxtəlif illərdə hansı hadisələr baş verib - Sputnik Azərbaycan-ın icmalında oxuyun.
Sputnik
BAKI, 16 mart — Sputnik. Martın 16-da bir çox dünya şöhrətli aktyorlar, elm adamları, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəliblər. Bu gündə tarixə düşən hadisələr də baş verib.
Martın 16-da kimlər dünyaya gəlib?
Vaqif Mustafazadə (1940 - 1979) - Azərbaycan SSR əməkdar artisti, bəstəkar, pianoçu, caz-muğam üslubunun banisidir. O, "Tallin-66", "Tallin-67", "Caz-69", "Tbilisi-78" və və digər festivalların laureatıdır.
Vaqif Mustafazadə
Aleksandr Popov (1859 - 1905) – Rusiyanın fiziki və elektrotexniki, professoru, radionun ixtiraçılarından biridir. O, 1895-ci il mayın 7-də Rusiya Fizika-Kimya Cəmiyyətinin fizika şöbəsinin iclasında "simsiz rabitə" adlı yeni ixtirasından danışıb.
Politexnik Muzeyində radionun ixtiraçısı Aleksandr Popova həsr olunmuş stend
Arkadi Çernışev (1914 - 1992) - Sovet xokkeyçisi və məşqçisi, futbolçu, SSRİ-nin əməkdar idman ustası, SSRİ-nin əməkdar məşqçisidir. O, SSRİ-də xokkey məktəbinin yaradıcılarından biridir.
Arkadi Çernışev
Cerri Lyuis (1926 - 2017) - amerikalı aktyor, rejissor və yazıçıdır. O, karyerası ərzində bir çox nüfuzlu mükafatlara, o cümlədən 2005-ci ildə xüsusilə "Emmi" mükafatına, 2009-cu ildə isə fəxri "Oskar"a – "Cina Herşolt adına mükafat"a layiq görülüb.
Cerri Lyuis
Sergey Yurski (1935 – 2019) – RSFSR xalq artisti, aktyor, teatr və kino rejissoru, ssenaristdir. O, "Qızıl Maska" mükafatının qalibidir.
Sergey Yurski
Bernardo Bertoluççi (1941 - 2018) - İtaliya kinorejissoru, dramaturqu və şairidir. O, "Sümüklü kirvə", "Sirrin axtarışında", "Konformist", "Parisdə son tanqo" və s. filmləri çəkib.
Bernardo Bertolucci
Martın 16-da dünyada baş verən tarixi hadisələr
1802-ci ildə ABŞ Konqresinin aktı ilə Vest Poyntda Hərbi Akademiya yaradılıb.
1917-ci ildə ABŞ-ın "Maybelline" şirkəti kirpik üçün tuş istehsal edib. Bu müasir dövrdə gündəlik istifadə edilə bilən ilk göz boyası olub.
1926-cı ildə amerikalı konstruktor Robert Qoddard ilk maye yanacaqla işləyən raketi uğurla sınaqdan keçirib.
1968-ci ildə Vyetnam müharibəsi zamanı ABŞ qoşunları Cənubi Vyetnamın Milai (Sonqmi) kəndini məhv ediblər. 567 sakini xüsusi amansızlıqla qətlə yetirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.