BAKI, 16 mart — Sputnik. Azərbaycan Respublikasının Prezidentinin köməkçisi Hikmət Hacıyev İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ilə görüşüb.
Bu barədə səfir "X" hesabında paylaşım edib.
"Görüşdə Qəzza bölgəsində baş verən son hadisələri və ikitərəfli əlaqələri nəzərdən keçirilib. İki qonşu dövlət arasında münasibətlərdə yeni fəsil açılmasının vacibliyini vurğuladıq", - paylaşımda yazılır.