CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 15 mart – FOTO

Bu gün dünyada və ölkədə müxtəlif illərdə hansı hadisələr baş verib - Sputnik Azərbaycan-ın icmalında oxuyun.
Sputnik
BAKI, 15 mart — Sputnik. Martın 15-də bir çox dünya şöhrətli aktyorlar, elm adamları, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəliblər. Bu gündə tarixə düşən hadisələr də baş verib.
Martın 15-də kimlər dünyaya gəlib?
Ağasadıx Gəraybəyli (1897-1988) - Azərbaycan teatr və kino aktyoru, Azərbaycan SSR xalq artistidir. O, "Qız qalası əfsanəsi", "Sevil", "Poçt qutusu", "Bizim küçənin oğlanları" filmlərində rol alıb.
Ağasadıq Gəraybəyli
Nəcəfqulu İsmayılov (1923-1990) - Azərbaycan SSR əməkdar incəsənət xadimi və rəssamıdır. O, 1952-1979-cu illərdə "Kirpi" satirik jurnalında çalışıb, burada onun yumoristik rəsmləri və karikaturaları dərc olunub. Nəcəfquli həmçinin plakat və kitab illüstrasiyalarının müəllifi kimi də tanınır.
Nəcəfquli İsmayılov
İohan Fuks (1660-1741) - Avstriya musiqi nəzəriyyəçisi və bəstəkarıdır. O, 18 operanın, beş rekviyemin, italyan mətnləri əsasında 12 ruhani oratoriyanın və 29 instrumental partiya və sonatanın müəllifidir.
Devid Kronenberq (1943) - kanadalı kinorejissor, ssenarist və aktyordur. O, "Milçək", "Videodrom", "Ekzistensial" kimi fantastik trillerləri və qorxu filmləri ilə tanınır.
Devid Kronenberq
Vladislav Flyarkovski (1958) - rusiyalı jurnalist, teleaparıcı və fotoqrafdır. O, "Vesti" və "Vladislav Flyarkovski ilə mədəniyyət xəbərləri"nin aparıcısı kimi şöhrət qazanıb.
Vladislav Flyarkovski
Yeva Lonqoriya (1975) amerikalı aktrisa, model və televiziya prodüseridir. O, "Ümidsiz evdar qadınları" (2004-2012) serialındakı Qabriel Solis rolu ilə tanınır.
Yeva Lonqoriya
Martın 15-da dünyada baş verən tarixi hadisələr
1892-ci ildə amerikalı ixtiraçı Cess Reno ilk eskalatoru patentləşdirib. Turistlər üçün attraksion kimi görünən eskalator ilk dəfə 1894-cü ildə Nyu-Yorkun Koni-Aylend parkında işə salınıb.
Eskalator, Bakı metrosu
1937-ci ildə Çikaqoda ilk donor qan bankı açılıb.
Donor qanı, arxiv
1938-ci ildə Səudiyyə Ərəbistanında ilk dəfə neft aşkar edilib.
Neft, arxiv
1985-ci ildə ABŞ-ın Massaçusets ştatında ilk dəfə .com sonluqlu ilk domen istifadəyə verilib.
İnternet, arxiv
1983-cü ildən Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günü qeyd olunur. Bu tarix Con Kennedinin 1962-ci ildə ABŞ Konqresində çıxış etdiyi günə təsadüf edir. Prezident öz çıxışında istehlakçıların hüquqlarının əsas prinsiplərini elan edib. Bayram peşəkar dairələrdə və cəmiyyətdə geniş dəstək alıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.