BAKI, 15 mart — Sputnik. Moskva və Moskva vilayətində prezident seçkilərində səsvermə üçün məntəqələr açılıb. Rusiya paytaxtında 2200-dən çox məntəqə var.
Prezident seçkiləri zamanı Moskva vilayətində təhsil, mədəniyyət və səhiyyə müəssisələrində yerləşən 3928 seçki məntəqəsi fəaliyyət göstərəcək. Bundan əlavə, Moskva vilayətində seçicilərin rahatlığı üçün 57 seçki məntəqəsi seçicilərin müvəqqəti olduğu yerlərdə (xəstəxanalar, hərbi hissələr və s.) yerləşəcək.
Moskva vaxtı ilə saat 08:00-da Şimal-Qərb, Mərkəzi, Volqa, Cənubi və Şimali Qafqaz Federal dairələrinin vilayətlərində prezident seçkilərində səsvermə üçün seçki məntəqələrinin əsas hissəsi açılıb.
Volqa Federal Dairəsində artıq Kirov, Penza, Nijni Novqorod vilayətləri, Mari El, Tatarıstan, Çuvaşiya və Mordoviya sakinləri səs verə bilərlər. Şimal-Qərb Federal Dairəsində Kareliya, Komi, Nen Muxtar Mahalı, Arxangelsk, Voloqda, Murmansk, Novqorod, Pskov, Leninqrad vilayətləri və Sankt-Peterburqda seçki məntəqələri işə başlayıblar.
Mərkəzi Federal Dairədə Belqorod, Bryansk, Vladimir, Voronej, İvanovo, Kaluqa, Kostroma, Kursk, Lipetsk, Oryol, Ryazan, Smolensk, Tambov, Tver, Tula, Moskva və Yaroslavl vilayətlərində və Moskvada seçicilər üçün seçki məntəqələri açılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.