RUSİYA

Narkotiklərə münasibətin liberallaşması tendensiyasının qarşısını almağa çalışırıq - XİN

Ruisya XİN-nin binası
Nazir müavini əlavə edib ki, Rusiya tərəfi üçün narkotiklərə və cinayətlərə qarşı qəti mübarizə aparmaq əsas məqsəddir, buna nail olmağa davam etmək niyyətindədir.
Sputnik
BAKI, 15 mart — Sputnik. Rusiya tərəfi işini davam etdirən BMT-nin Narkotiklərlə Mübarizə Komissiyasının 67-ci sessiyasında əsas diqqəti narkotiklərə münasibətin liberallaşması tendensiyasının qarşısının alınmasına yönəldib. Bunu Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Sergey Verşinin jurnalistlərə bildirib.

"Bizim fikrimizcə, əksər ölkələr və xalqlar üçün narkotiklərə münasibətin liberallaşması tendensiyası yanlışdır, zərərlidir və bu halların qarşısını almaq çox vacibdir. Bizə elə gəlir ki, belə bir gündəm, bu sahənin siyasiləşdirilməsi, eləcə də insan hüquqları elementlərinin ümumi şəkildə tətbiqi beynəlxalq birliyin ümumi vəzifəsi ilə bir araya sığmır" - Verşinin BMT-nin Narkotiklər üzrə Komissiyasının Vyanada keçirilən 67-ci sessiyası çərçivəsində jurnalistlərə bildirib.

Nazir müavini əlavə edib ki, Rusiya tərəfi üçün narkotiklərə və cinayətlərə qarşı qəti mübarizə aparmaq əsas məqsəddir, buna nail olmağa davam etmək niyyətindədir.
"Bu Komissiyada BMT-nin narkotiklər üzrə 67-ci sessiyasının yüksək səviyyəli iclasında biz nümayəndə heyəti ilə təmsil olunuruq. Bu, bizim bu sahədə işləməkdə ciddi marağımız olduğunu təsdiqləyir. Biz bunun nə dərəcədə zəruri olduğuna böyük əhəmiyyət veririk və BMT-nin mərkəzi rolunu saxlamaq şərti ilə beynəlxalq platformalarda işləmək mümkündür. Qərb dövlətləri, ilk növbədə ABŞ və onların peykləri qaydalar üzrə oyun prinsiplərini bizə sırımağa çalışırlar. Bu, özlərinin müəyyən etdiyi və özbaşına dəyişdiyi qaydalara uyğundur" - xarici işlər nazirinin müavini qeyd edib.
Eyni zamanda, o əlavə edib ki, hazırkı yüksək seqment "sıçrayışlı həlləri ehtiva etmir", lakin Rusiya üçün beynəlxalq ictimaiyyətin bu sahədə - narkotiklərlə mübarizədə və onların dövriyyəsi ilə bağlı anlayışı düzgün şəkildə konsolidasiya etmək çox vacibdir.
Vyanada BMT-nin Narkotiklər üzrə Komissiyasının 67-ci sessiyası öz işinə başlayıb. Tədbir martın 22-dək davam edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.