BAKI, 15 mart-Sputnik. Milli Məclisin plenar iclası keçirilir. İclasda 1 məsələ - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatı müzakirə olunur.
İclasda Baş nazir Əli Əsədov, nazirlər və dövlət komitə və agentlik rəhbərləri iştirak edir.
Hesabatda ötən il ərzində sosial-iqtisadi, siyasi, mədəni və digər sahələrdə görülən işlər barəsində geniş məlumatlar öz əksini tapıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.