İQTİSADİYYAT

Bu ilin yanvarında Aİİ-də sənaye istehsalı 4,7% artıb

2024-cü ilin yanvar ayında Aİİ-nin sənaye istehsalının həcmi 2023-cü ilin yanvar ayı səviyyəsinin 104,7 faizini təşkil edib.
Sputnik
BAKI, 15 mart — Sputnik. Cari ilin yanvar ayında Avrasiya İqtisadi İttifaqının sənaye istehsalının həcmi 2023-cü ilin yanvar ayı səviyyəsinin 104,7 faizini təşkil edib. Bu barədə Avrasiya İqtisadi Komissiyasının saytında yerləşdirilən mlumatda bildirilir.
Sənaye istehsalının artımı Ermənistanda 21%, Qırğızıstanda 16,5%, Belarusda 5,4%, Rusiyada 4,6%, Qazaxıstanda 3,4% artıb.
Aİİ-də mədənçıxarma sənayesində və karxanalarda istehsalın həcmi 0,7%, emal sənayesində - 7,5%, elektrik təchizatı, qaz, buxar və hava kondisionerində - 4,9%, su təchizatı, kanalizasiya sistemi, tullantıların toplanması və paylanmasına nəzarət - 3,3% artıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.