BAKI, 15 mart — Sputnik. Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin görüşü başlayıb.
Hazırda Heydər Əliyev Mərkəzində Azərbaycan, Türkiyə, Gürcüstan xarici işlər nazirləri Ceyhun Bayramov, Hakan Fidan və İliya Darçiaşvili arasında görüş keçirilir.
Qeyd edilib ki, üçtərəfli görüş çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun həmkarları ilə təkbətək görüşlərinin, habelə xarici işlər nazirlərinin birgə mətbuat konfransının keçirilməsi nəzərdə tutulub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.