RUSİYA

Aleksandr Şirvindt vəfat edib

Məşhur kino və teatr aktyoru xəstəxanada dünyasını dəyişib.
Sputnik
BAKI, 15 mart - Sputnik. Rusiyanın Satira Teatrının prezidenti, Rusiyanın xalq artisti Aleksandr Şirvindt 90 yaşında vəfat edib. Bu barədə Satira Teatrından məlumat verilib. Bildirilib ki, məşhur aktyor xəstəxanada ölüb.
Aleksandr Şirvindt 1934-cü il iyulun 19-da Moskvada anadan olub. Şukin adına Teatr Məktəbini bitirib və 1956-cı ildə Lenin Komsomolu ("Lenkom Mark Zaxarova") Teatrının truppasına qəbul olunub.
1968-ci ildə səhnə ustası Malaya Bronnayadakı Moskva Dram Teatrına keçib.
1970-ci ildən Satira Teatrının truppasının üzvü olub. B.V.Şukin adına Teatr İnstitutunda dərs deyib. 2000-2021-ci illərdə Satira Teatrının bədii rəhbəri, 2021-ci ildə isə teatrın prezidenti seçilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.