RUSİYA

Zaxarova Latviya Baş nazirinin "pərdə" barədə sözləri haqqında: "Dəmir kifayət qədərdir?"

Latviyanın baş naziri Evika Silinya bir müddət əvvəl Rusiya ilə Baltikyanı ölkələr arasında "dəmir pərdə" yaradılacağını bildirmişdi.
Sputnik
BAKI, 14 mart — Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Latviya baş nazirinin Moskva ilə Baltikyanı ölkələr arasında "dəmir pərdə" yaradılması ilə bağlı sözlərinə cavab verib.
RİA Novosti bu barədə yazıb.
Məlumat üçün qeyd edək ki, Latviyanın baş naziri Evika Silinya bir müddət əvvəl Rusiya ilə Baltikyanı ölkələr arasında "dəmir pərdə" yaradılacağını bildirmişdi.
"RİA Novosti" Zaxarovadan Silinyanın açıqlamalarına münasibət bildirməyini istəyib.
Zaxarovanın cavabı belə olub: "Yetəri qədər dəmir olacaq? Yoxsa onu Rusiyadan satın alacaqlar?"