CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şəhər və rayonlarında qeydiyyatda olan narkotik istifadəçilərinin sayı açıqlanıb

Hesabata əsasən, 2023-cü ildə Bakı şəhəri üzrə 11 152 nəfər, Sumqayıt şəhəri üzrə 3 692 nəfər, Gəncə şəhəri üzrə isə 3 193 nəfər narkotik istifadəçisi qeydiyyatda olub.
Sputnik
BAKI, 14 mart — Sputnik. Ötən il Azərbaycanın şəhər və rayonları üzrə qeydiyyatda olan narkotik vasitə istifadəçilərinin sayı açıqlanıb.
"Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2023-cü il üzrə hesabatında qeyd olunub.
Hesabata əsasən, 2023-cü ildə Bakı şəhəri üzrə 11 152 nəfər, Sumqayıt şəhəri üzrə 3 692 nəfər, Gəncə şəhəri üzrə isə 3 193 nəfər narkotik istifadəçisi qeydiyyatda olub.
Rayonlar üzrə statistikaya gəlincə, narkotik istifadəçilərinin sayına görə ilk üçlükdə yer Lənkəran, Salyan və Şirvan rayonları yer alıb. Lənkəranda 3 193 nəfər, Salyanda 1 248 nəfər, Şirvanda 1 233 nəfər narkotik istifadəçisi qeydiyyatdadır. Ölkə üzrə isə narkotik istifadəçilərinin sayı 36 659-dur, onların 802-ni qadınlar təşkil edib.
Bildirilib ki, həmin qadınlardan 390 nəfəri eyni vaxtda bir neçə narkotik vasitədən istifadə edənlər olub.