RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Rusiya MN XHƏ-nin əvvəlindən məhv edilən əcnəbi muzdluların sayını açıqlayıb

Rusiya Müdafiə Nazirliyi: Xüsusi hərbi əməliyyat başlayandan bəri Rusiya Silahlı Qüvvələri 5962 xarici muzdlunu məhv edib.
Sputnik
BAKI, 14 mart — Sputnik. Xüsusi hərbi əməliyyat (XHƏ) başlayandan bəri 13 mindən çox xarici muzdlu hərbi əməliyyatlarda iştirak etmək üçün Ukraynaya gedib.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik qeyd edib ki, 24 fevral 2022-ci il tarixindən etibarən Ukraynaya müxtəlif ölkələrdən 13387 əcnəbi döyüşçü göndərilib. Bundan əlavə, bu günə qədər 5962 xarici muzdlunun məhv edildiyi təsdiqlənib.
Ən çox əsgər Polşa, Gürcüstan və ABŞ-dan göndərilib. Varşavadan Ukraynaya 2960 yaraqlı gedib, onlardan 1497 nəfəri artıq məhv edilib. Gürcüstandan 1042 nəfər gedib, onlardan da 561 nəfəri öldürülüb. ABŞ-dan isə göndərilən 1113 nəfərdən 491 nəfəri məhv edilib.
Rusiya MN həmçinin əlavə edib ki, bütün səviyyələrdə öz muzdlularının Ukrayna ərazisində mövcudluğunu inkar edən Fransa göndərilən 356 nəfərdən 147-ni artıq itirib.
"Kanadalı muzdluların 40%-dən çoxu, İngiltərədən 360, Rumıniyadan 349 və Almaniyadan 88 muzdlu məhv edilib" - məlumatda bildirilib.
Xatırladaq ki, bu yaxınlarda Ukrayna təxribat qrupunun Kursk vilayəti ərazisinə soxulmaq cəhdinin qarşısının alınması barədə məlumat yayılıb. Təxribatçılar Rusiyanın Tötkino qəsəbəsi ərazisinə daxil olmağa cəhd ediblər. Rusiya Qvardiyasının bölmələri RF Silahlı Qüvvələrinin döyüşçüləri və Federal Təhlükəsizlik Xidməti (FTX) əməkdaşları ilə birlikdə Ukrayna təxribat və kəşfiyyat qrupunun növbəti hücumunun dəf edilməsində iştirak ediblər.