BAKI, 14 mart — Sputnik. Arktika yüksək rəqabətli ərazi olub və qalır.
Bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Peskova "Business Insider"də dərc olunan məqalə ilə bağlı sual verilib. Nəşr bəyan edib ki, ABŞ Rusiya Federasiyası və Çini çəkindirmək üçün Arktika şəraitinə əsgər hazırlayır. AB. Arktikada hərbi mövqelərini bərpa etmək istəyir. Prezidentin mətbuat katibi qeyd edib ki, bu çağırış yeni deyil.
O, Rusiyanın Arktikaya iqtisadiyyat üçün strateji əhəmiyyətli region kimi baxdığına aydınlıq gətirib.
"Biz dünyadakı ən böyük arktik ölkə olaraq bu bölgəni bütün təbiət normalarına və qaydalarına riayət etməklə onun iqtisadi istismarı baxımından strateji əhəmiyyətli hesab edirik. Arktika ərazilərimizin potensialının açıqlanması - prioritetlərdən biridir", - Peskov bildirib.
Bundan əvvəl məlum olub ki, ABŞ öz ordusunu soyuq iqlim şəraitində münaqişələrə fəal hazırlayır. Bu, Arktikada Rusiya Federasiyası və Çinə meydan oxumaq üçün edilir. 2024-cü ilin fevralında əsgərləri ekstremal Arktika şəraitinə uyğunlaşdırmaq üçün genişmiqyaslı manevrlər keçirilib.