DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Paşinyan Avropa Parlamentinin qətnaməsindən danışdı

Paşinyan Ermənistan hökumətinin Avropa İttifaqı ilə əməkdaşlığı davam etdirmək üçün siyasi iradəsini açıqlayıb.
Sputnik
BAKI, 14 mart — Sputnik. Ermənistan Avropa Parlamentinin Aİ-yə üzv olmaq üçün namizəd statusu ala biləcəyi ilə bağlı qətnaməsini alqışlayır və Avropa strukturları ilə əməkdaşlığı dərinləşdirmək niyyətindədir. Bu barədə baş nazir Nikol Paşinyan hökumətin iclasında bildirib.
"Dünən Avropa Parlamenti Ermənistanın Avropa İttifaqı ilə daha sıx əlaqələrinə dair qətnamə qəbul edib. Qətnamədə göstərilib ki, Ermənistan Aİ-yə üzv olmaq üçün namizəd olarsa, Avropa Parlamenti bu prosesə yardım etməlidir", Paşinyan deyib.
Paşinyan Ermənistan hökumətinin Avropa İttifaqı ilə əməkdaşlığı davam etdirmək üçün siyasi iradəsini açıqlayıb.
Xatırladaq ki, ötən gün Avropa Parlamenti Ermənistanın Aİ üzvlüyünə namizədlik imkanlarını nəzərdən keçirən qətnamə qəbul edib. Qətnamənin lehinə 504, əleyhinə 4 səs verib. 32 nəfər bitərəf qalıb.
"Əgər Ermənistan namizəd statusu almaqda maraqlı olsa və demokratiyanı gücləndirən islahatlar yolu ilə getməyə davam edərsə, bu, Aİ-Ermənistan münasibətlərində transformasiya mərhələsi üçün əsas ola bilər", - qətnamə layihəsində deyilir.