RUSİYA

Rusiyada seçkiləri müşahidə edəcək MDB missiyasının üzvlərinin sayı açıqlandı

Nemətov əlavə edib ki, missiyaya müxtəlif səviyyələrdə bir çox seçkilərdə iştirak etmiş təcrübəli müşahidəçilər daxildir.
Sputnik
BAKI, 12 fevral — Sputnik. Müstəqil Dövlətlər Birliyinin Rusiyadakı prezident seçkiləri üzrə müşahidəçilər missiyası Rusiyanın 28 regionunu əhatə edir və 194 nəfərdən ibarətdir. Bu barədə missiyanın rəhbəri İlham Nemətov bildirib.
"Bizim missiyamız 200 nəfərdən ibarətdir, daha dəqiq desək, 194 nəfər. Missiyamız Kalininqraddan Vladivostoka qədər iyirmi səkkiz rayonu əhatə edir" - Nemətov Rusiya prezidentliyinə namizəd Vladislav Davankovla görüşündə deyib.
Nemətov əlavə edib ki, missiyaya müxtəlif səviyyələrdə bir çox seçkilərdə iştirak etmiş təcrübəli müşahidəçilər daxildir. O qeyd edib ki, missiya üzvləri arasında diplomatlar və MDB İcraiyyə Komitəsinin əməkdaşları da var.
Rusiya Federasiya Şurası prezident seçkilərini 2024-cü il martın 17-nə təyin edib. Səsvermə üç gün davam edəcək: 15, 16 və 17 mart. Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınmış 4 namizəd - Leonid Slutski, Nikolay Xaritonov, Vladislav Davankov və Vladimir Putin dövlət başçısı postu uğrunda mübarizə aparır.
12.02.24
MDB baş katibinin müavini İlhom Nemətov qurumun Rusiya prezident seçkiləri üzrə müşahidəçilər missiyasına rəhbərlik edəcək.
Bu barədə MDB İcraiyyə Komitəsinin mətbuat xidməti məlumat yayıb.
"Rusiya Federasiyasında keçiriləcək prezident seçkilərində MDB-dən olan müşahidəçilər missiyasına MDB baş katibinin müavini İlxom Nemətov rəhbərlik edəcək. Onun namizədliyi Birliyə üzv ölkələrin Daimi Səlahiyyətli Nümayəndələri Şurasının qərarı ilə təsdiq edilib" - məlumatda deyilir.
Seçkilər 2024-cü il martın 15-dən martın 17-dək keçiriləcək. Rusiya Federasiyası Kommunist Partiyasından (RFKP) Nikolay Xaritonov, Rusiya Liberal Demokrat Partiyasının (RLDP) namizədi Leonid Slutski, Yeni İnsanlar Partiyasından Vladislav Davankov və öz namizədliyini irəli sürən Vladimir Putin iştirak edəcək. İlkin olaraq 33 namizəd Rusiya prezident seçkilərində iştirak etmək niyyətində olduğunu bildirib. Onlardan bəziləri sonradan seçkilərdə iştirak etməkdən imtina edib, bir neçəsi sona qədər seçici imzalarını toplamağa çalışıb.
08.02.24
Rusiya Respublikasında keçiriləcək prezident seçkiləri bülletenində dörd namizəd olacaq.
Bunu RF Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Ella Pamfilova deyib.
Seçkilər 2024-cü il martın 15-dən martın 17-dək keçiriləcək. Rusiya Federasiyası Kommunist Partiyasından (RFKP) Nikolay Xaritonov, Rusiya Liberal Demokrat Partiyasının (RLDP) namizədi Leonid Slutski, Yeni İnsanlar Partiyasından Vladislav Davankov və öz namizədliyini irəli sürən Vladimir Putin iştirak edəcək.
İlkin olaraq 33 namizəd Rusiya prezident seçkilərində iştirak etmək niyyətində olduğunu bildirib. Onlardan bəziləri sonradan seçkilərdə iştirak etməkdən imtina edib, bir neçəsi sona qədər seçici imzalarını toplamağa çalışıb.
Pamfilova əminliklə bildirib ki, Rusiya prezident seçkilərini pozmaq üçün hər hansı bir cəhdin öhdəsindən gələcəklər. Rusiya prezidentin mətbuat katibi Dmitri Peskov isə Vladimir Putinin seçkilərdə qalib gələcəyinə inanır.