DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Macarıstan, Malta və Lüksemburq Rusiyanın aktivləri hesabına USQ-yə yardımın əleyhinədir

Bu barədə ölkələr Aİ səfirlərinin martın 13-də baş tutan görüşündə bildiriblər.
Sputnik
BAKI, 14 mart — Sputnik. Macarıstan, Malta və Lüksemburq Rusiyanın dondurulmuş aktivlərindən Kiyevə sursat almaq üçün istifadə edilməsinə qarşı çıxıblar.
Bu barədə "Politico" qəzeti mənbəyə istinadən məlumat yayıb.
Əvvəllər 3 milyard avronun Ukraynanın yenidən qurulmasına yönəldilməsi razılaşdırılıb. Rusiya aktivlərindən istifadə variantı "danışıqları çətinləşdirib". Macarıstan, Malta və Lüksemburq Rusiya Federasiyasının dondurulmuş aktivlərindən əldə edilən gəlirləri Kiyev üçün sursat almaq üçün istifadə etməkdən imtina ediblər. Bu barədə ölkələr Aİ səfirlərinin martın 13-də baş tutan görüşündə bildiriblər.
Fevralın 28-də Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen bildirib ki, Aİ Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirləri Ukrayna üçün sursat almaq üçün istifadə etməyi nəzərdən keçirə bilər.
Aİ, Kanada, ABŞ və Yaponiya Rusiya Federasiyasının ümumi məbləği, təxminən 300 milyard dollar təşkil aktivlərini dondurub.
Daha əvvəl Vladimir Putin "Danone"nin Rusiyadakı törəmə şirkətinin xarici səhmlərinin Dövlət əmlakının idarə edilməsi üzrə Federal Agentliyin müvəqqəti idarəçiliyinə verilməsi qərarının artıq qüvvədə olmadığını bəyan edib.