CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 13 mart – FOTO

Bu gün dünyada və ölkədə müxtəlif illərdə hansı hadisələr baş verib - Sputnik Azərbaycan-ın icmalında oxuyun.
Sputnik
BAKI, 13 mart — Sputnik. Martın 13-də bir çox dünya şöhrətli aktyorlar, elm adamları, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəliblər. Bu gündə tarixə düşən hadisələr də baş verib.
Martın 13-də kimlər dünyaya gəlib?
Nodar Şaşıqoğlu (1927-2013) - Azərbaycanın və Rusiyanın Xalq artisti, teatr və kino aktyorudur. Tofiq Tağızadənin "Uzaq sahillərdə" filmində yaratdığı partizan Mixaylo obrazı aktyora ümumittifaq şöhrəti gətirib. Nodar həmçinin "Onun böyük ürəyi", "Matteo Falkone", "Telefonçu qız", "Əsl dost", "Bizim küçə", "Səhər", "Leyli və Məcnun" filmlərində də rol alıb.
Nodar Şaşıqoğlu
Lev Rudnev (1885-1956) - sovet memarıdır. Onun layihəsi əsasında 1952-ci ildə Bakıda Hökumət Evi tikilib. İnşa işləri 1934-cü ildə başlayıb və Böyük Vətən Müharibəsinin başlaması ilə əlaqədar dayandırılıb. Müharibə başa çatdıqdan sonra yenidən tikintiyə başlanılıb və 1952-ci ildə iş tamamlanıb. Rudnevin məşhur layihələri arasında Moskva Dövlət Universiteti və Varşavadakı Mədəniyyət və Elm Sarayı da var.
Lev Rudnevшт portreti, arxiv
İrina Buqrimova (1910-2001) - SSRİ xalq artisti, sovet dövründə ilk qadın məşqçisidir.
İrina Buqrimova, arxiv
Sergey Mixalkov (1913-2009) – Sovet və Rusiya yazıçısı, şairi, ictimai xadimi və RSFSR-in incəsənət xadimidir.
Sergey Mixalkov, arxiv
Qlenn Hedli (1955-2017) - amerikalı aktrisadır. O, iki dəfə "Emmi" mükafatına namizəd olub. Aktrisa "Frıldaqçılar" komediyasında baş rolu ilə tanınır.
Qlenn Hedli, arxiv
Yelena Malışeva (1961) - Rusiya televiziya aparıcısı, tibb elmləri doktoru, professor və ictimai xadimdir. 2012-ci ildən bəri o, "Elena Malışevanın pəhrizi" kommersiya layihəsini fəal şəkildə təbliğ edir.
Yelena Malışeva
Martın 13-də dünyada baş verən tarixi hadisələr
1781-ci ildə ingilis astronomu Uilyam Herşel Günəş sisteminin yeddinci planetini - Uranı kəşf edib.
1869-cu ildə Rusiya kimyaçısı Dmitri Mendeleyev kimyəvi elementlərin dövri cədvəlini tamamlayıb.
Məktəbdə kimya dərsi, arxiv
1916-cı ildə Manitoba "quru qanun"u qəbul edən ilk Kanada əyaləti olub.
Şüşədən şərab içən adam
1954-cü ildə SSRİ Dövlət Təhlükəsizlik Komitəsi (DTK) yaradılıb. 1991-ci il dekabrın 3-də SSRİ-nin dağılması ilə əlaqədar onun fəaliyyəti dayandırılıb.
DTK əməkdaşları tərəfindən saxta terrorçuların saxlanması
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.