DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Makronun sözlərindən sonra ABŞ Kiyevə təzyiqləri artıra bilər

Emmanuel Makron bildirib ki, Qərb ölkələri öz qoşunlarını Ukraynaya göndərə bilər. Polşanın xarici işlər naziri Radoslav Sikorski isə daha əvvəl faktiki olaraq Ukrayna ərazisində NATO qoşunlarının olmasını təsdiqləyib.
Sputnik
BAKI, 13 mart — Sputnik. Fransa Prezidenti Emmanuel Makron və Polşa xarici işlər naziri Radoslav Sikorskinin Ukraynadakı NATO qoşunları ilə bağlı bəyanatları fonunda Brüssel və Vaşinqton Kiyevi danışıqlara daha fəal şəkildə təşviq etməyə başlaya bilər.
Bu barədə "İzvestiya" qəzeti Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin eksperti Denis Denisova istinadən məlumat yayıb.
O qeyd edib ki, Kiyevdən münaqişənin sülh yolu ilə həlli ilə bağlı çağırışlar davam etdikcə onların sayı arta bilər.
"Ukraynaya qoşun göndərilməsi ilə bağlı tezis bu ölkələrin sayının artması üçün mühüm katalizatordur" - Denisov əlavə edib.
Xatırladaq ki, fevralın 26-da Emmanuel Makron bildirib ki, Qərb ölkələri öz qoşunlarını Ukraynaya göndərə bilər. Fransa Müdafiə Nazirliyi daha sonra izah edib ki, ölkə prezidenti bu barədə danışarkən Rusiya Federasiyasına qarşı döyüş əməliyyatları aparmaq üçün qoşun göndərmək deyil, Ukraynaya minalardan təmizlənmə və hərbçilərin təlimi ilə bağlı yardımı genişləndirməyi nəzərdə tutub.
Bundan əlavə, Polşanın xarici işlər naziri Radoslav Sikorski daha əvvəl faktiki olaraq Ukrayna ərazisində NATO qoşunlarının olmasını təsdiqləyib. O qeyd edib ki, bu ölkənin ərazisində müttəfiq qüvvələrin olması "ağılasığmaz bir şey deyil".
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova NATO-ya işarə etmişdi ki, Radoslav Sikorskinin bəyanatından sonra alyansın Ukraynaya hərbi qüvvələr göndərməsi faktını inkar etməyin mənası yoxdur.