DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Lui Bononun Cənubi Qafqaza səfəri başlayıb

Mirzoyan kommunikasiyaların açılması kontekstində Ermənistanın bütün nəqliyyat marşrutlarının keçdikləri ölkələrin suverenliyi və yurisdiksiyası çərçivəsində fəaliyyət göstərməsi ilə bağlı yanaşmasını bir daha bildirib.
Sputnik
BAKI, 13 mart — Sputnik. İki aylıq fasilədən sonra ABŞ Dövlət Departamentinin Cənubi Qafqaz üzrə baş müşaviri Lui Bono yenidən İrəvandadır və xarici işlər naziri Ararat Mirzoyanla danışıqlar aparıb.
Dövlət Departamentinin məlumatına görə, diplomatlar Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesini müzakirə ediblər. Erməni nazir 1991-ci il Alma-Ata Bəyannaməsinə, eləcə də güclü hüquqi əsası olan xəritələrə əsaslanan sərhədin delimitasiyası və demarkasiyası ilə bağlı İrəvanın mövqeyini yenidən bəyan edib.
Mirzoyan kommunikasiyaların açılması kontekstində Ermənistanın bütün nəqliyyat marşrutlarının keçdikləri ölkələrin suverenliyi və yurisdiksiyası çərçivəsində fəaliyyət göstərməsi ilə bağlı yanaşmasını bir daha bildirib.
Xatırladaq ki, Bono sonuncu dəfə İrəvana bu ilin yanvarında gəlmişdi. Onun erməni həmkarları ilə sonuncu görüşü fevralda Münhendə baş tutub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.