RUSİYA

Lavrov Avro-Atlantik institutların deqradasiyası və görülən işlərdən danışdı

Rusiya XİN rəhbəri bildirib ki, bu prosesin gücləndirilməsi geniş Avrasiya materikində təhlükəsizlik mövzusunun təşviqi üçün möhkəm iqtisadi zəmin yaradacaq.
Sputnik
BAKI, 13 mart — Sputnik. ATƏT kimi Avro-Atlantik institutların deqradasiyası fonunda Rusiya Avrasiyada bərabər və bölünməz təhlükəsizlik sisteminin formalaşdırılması vəzifəsini gündəmə gətirib. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

"Regional səviyyədə ATƏT-in Avro-Atlantik simvol kimi tam deqradasiyası kontekstində Avrasiyada bərabər və bölünməz təhlükəsizliyin yeni arxitekturasının formalaşdırılması vəzifəsi ön plana çıxır ki, bu da ATƏT-in fəaliyyətini tamamlamaq və gücləndirmək məqsədi daşıyır. Prezident Vladimir Putinin dəfələrlə qeyd etdiyi və Aİİ, Şanxay Əməkdaşlıq Təşkilatı, ASEAN və MDB-nin birgə səyləri nəticəsində yaranmaqda olan iri Avrasiya tərəfdaşlığının formalaşması prosesi gedir" - Lavrov A.M. Qorçakova Fondunun Himayəçilik Şurasının görüşündə deyib.

Onun sözlərinə görə, bu prosesin gücləndirilməsi geniş Avrasiya materikində təhlükəsizlik mövzusunun təşviqi üçün möhkəm iqtisadi zəmin yaradacaq.
"Keçən ilin oktyabrında biz artıq belə bir sistemin əsaslarının formalaşdırılması üzrə praktiki işə başlamışıq. Rusiya Minskdə Belarusun KTMT-yə sədrliyi tərəfindən təşkil olunmuş beynəlxalq konfransda iştirak edib. Bu, xüsusi olaraq Avrasiyada təhlükəsizlik sisteminin yaradılması perspektivləri və formalaşma proseslərinə həsr olunub. Bu istiqamətdə müxtəlif platformalarda iş davam edir" - Lavrov əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.