BAKI, 13 mart — Sputnik. Milli Məclisin bir qrup deputatı Rusiya Federasiyasında martın 17-də keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün martın 14-də Moskva şəhərinə səfər edəcəklər.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Sputnik Azərbaycan-a bildiriblər ki, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova və deputat Rüfət Quliyev ikitərəfli əsasda, deputatlar - Sabir Hacıyev MDBPA xətti ilə, Anar Məmmədov isə MDB PA və MDB İcraiyyə Komitəsinin xətti ilə seçkiləri müşahidə edəcəklər.
Səfər çərçivəsində deputatlar seçkilərinə hazırlıqla tanış olacaq və seçki günü prosesin gedişini, vətəndaşların fəallığını izləyəcəklər.
Səfər martın 19-da başa çatacaq.
Xatırladaq ki, Rusiya Federasiya Şurası prezident seçkilərini 2024-cü il martın 17-nə təyin edib. Səsvermə üç gün davam edəcək - 15, 16 və 17 mart. Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınmış 4 namizəd - Leonid Slutski, Nikolay Xaritonov, Vladislav Davankov və Vladimir Putin dövlət başçısı vəzifəsi üçün mübarizə aparır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.