BAKI, 13 mart — Sputnik. Bu ilin yanvar-fevral aylarında ölkədə 18,5 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
Dövlət Statistika Komitəsindən Sputnik Azərbaycana-a bildiriblər ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,7 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 10,1 faiz artıb.
ÜDM istehsalının:
39,9 faizi sənaye,
9,9 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri,
7 faizi nəqliyyat və anbar təsərrüfatı,
5,5 faizi tikinti,
2,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq,
2,2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə,
1,7 faizi informasiya və rabitə sahələrinin,
19,8 faizi digər sahələrin payına düşüb
Məhsula və idxala xalis vergilər ÜDM-in 11,3 faizini təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 1824,1 manata bərabər olub.
Xatırladaq ki, 2024-cü ilin yanvar ayında ölkədə 9,1 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5 faiz çox ümumi daxili məhsul istehsal olunub. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,6 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 12,3 faiz artıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.