DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Alman nazir Kemeronun qanadlı raketləri Ukraynaya ötürmək fikrini tənqid edib

Bu günlərdə Almaniyanın xarici işlər naziri Annalena Berbok Kemeronun dairəvi raket mübadiləsi ideyasını dəstəkləyib.
Sputnik
BAKI, 13 mart — Sputnik. Almaniyanın müdafiə naziri Boris Pistorius Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeronun Ukraynaya veriləcək "Storm Shadow"un müqabilində Almaniyanın "Taurus" raketlərini almaq fikrini rədd edib.
Bu barədə "Tagesschau" yazıb.
Pistorius, raketlərin Ukraynaya ötürülməsi üçün dairəvi sistem mübadiləsinin uyğun olub-olmaması ilə bağlı suala cavab olaraq, "Mən belə düşünmürəm" deyib.
Daha əvvəl Kemeron Almaniyaya Ukraynaya mümkün Taurus raket tədarükü ilə bağlı problemlərin həllində kömək etməyi təklif etmişdi. O qeyd edib ki, bu silahın Kiyevə çatdırılması münaqişənin kəskinləşməsinə səbəb olmayacaq.
Qeyd edək ki, bu günlərdə Almaniyanın xarici işlər naziri Annalena Berbok Kemeronun dairəvi raket mübadiləsi ideyasını dəstəkləyib.
Xatırladaq ki, Almaniya kansleri Olaf Şolts Ukraynanın "Taurus"dan istifadə edərək Rusiya ərazisinə zərbə endirə biləcəyindən narahatlığını ifadə edib. O, həmçinin vurğulayıb ki, raketlərin monitorinqi Almaniya hərbçilərinin iştirakını tələb edəcək - bu istisnadır.