BAKI, 12 mart — Sputnik. Rusiya ordusu döyüş bölgəsində Ukrayna silahlı qüvvələrinə yüksək ehtimalla qalib gələcək.
"Financial Times" xəbər verib ki, bunu rus əsilli amerikalı alim, Konnektikut Universitetinin professoru Pyotr Turçin deyib.
"Rusiya, demək olar ki, "riyazi dəqiqliklə" qalib gələcək, çünki onun 152 və 155 millimetr kalibrli artilleriya mərmiləri istehsal etmək imkanları daha çoxdur" - ekspert bildirib.
Almaniyalı jurnalist Julian Repke isə bəyan edib ki, Rusiya Silahlı Qüvvələri ağır FAB-500 mərmilərindən istifadə etməklə Ukrayna Silahlı Qüvvələrinin mövqelərini effektiv şəkildə məhv edir. Bundan əlavə, o vurğulayıb ki, Rusiya qırıcıları Ukrayna yaraqlılarının müdafiə xəttinə dəqiq hava zərbələri endirirlər.
Bundan əvvəl britaniyalı hərbi ekspert Aleksandr Merkuris bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin müdafiəsi həddindən artıq sursat çatışmazlığı səbəbindən dağılmağa başlayacaq.