BAKI, 12 mart — Sputnik. Bu gün Rusiya indiki faşistlərə qarşı mübarizə aparır və qələbə əldə etmək üçün isə hər kəsin birləşməsi lazımdır.
Bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini, "Vahid Rusiya" Partiyasının sədri Dmitri Medvedev Volqoqradda keçirilən "Birlikdə! Rusiya uğrunda!" mitinq-konsertində deyib.
Siyasətçi bildirib ki, bu yer, yəni Volqoqrad müqəddəs yerdir və aydındır məsələdir ki, burada müəyyən simvolik məna həmişə olacaq. O xatırladıb ki, məhz buradan Qırmızı Ordu faşist işğalçılarını sıxışdırıb çıxarmağa müvəffəq olub, ancaq Stalinqradda baş verənlər isə İkinci Dünya Müharibəsinin və Böyük Vətən Müharibəsinin gedişatını dəyişib.
"İndi biz də həyatımızın gedişatını dəyişməliyik, çünki ölkəmiz xüsusi hərbi əməliyyat (XHƏ) çərçivəsində nə qədər kədərli səslənsə də, indiki, yeni faşistlərə qarşı mübarizə aparır" - Medvedev bildirib.
Diplomat qeyd edib ki, məhz buna görə də Rusiyaya öz lideri ətrafında, partiyası - "Vahid Rusiya" daxilində birləşməlidir.
Bu yaxınlarda Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev müvəqqəti işğal altında olan bir çox digər şəhərlər kimi Odessa, Dnepropetrovsk, Xarkov, Nikolayev və Kiyevin də Rusiya olduğunu söyləyib. Medvedev vurğulayıb ki, qeyd olunan yaşayış məntəqələrinin hamısı hələ də kağız xəritələrdə və elektron planşetlərdə sarı-mavi rənglərlə qeyd olunub.