DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Paşinyanın Moskvaya səfəri gözlənilir

Ənənəyə görə, Birlik üzvlərinin iclası ona sədrlik edən ölkədə həmin ölkənin sədrliyi dövründə çağırılır, lakin Ermənistan tərəfi hələlik bu barədə təklif irəli sürməyib.
Sputnik
BAKI, 12 mart - Sputnik. Ermənistanın Baş naziri Nikol Paşinyan bu ilin may ayında Avrasiya İqtisadi Birliyinin (AİB) sammitində iştirak etmək üçün Rusiya paytaxtına gedə bilər.
Bu barədə “Hraparak“ erməni nəşri hakimiyyətə yaxın mənbələrinə istinadən yazıb.
Nəşrin sözlərinə əsasən, Ermənistan cari ilin 1 yanvar tarixindən AİB-ə daxil olan təşkilatlara, həmçinin Ali Avrasiya İqtisadi, Avrasiya Hökumətlərarası və Avrasiya İqtisadi Komissiyası Şuralarına rəhbərlik edir.
Həmçinin əlavə olunub ki, ənənəyə görə, Birlik üzvlərinin iclası ona sədrlik edən ölkədə həmin ölkənin sədrliyi dövründə çağırılır, lakin Ermənistan tərəfi hələlik bu barədə təklif irəli sürməyib.