BAKI, 12 mart — Sputnik. Yanvarda Rusiyanın ÜDM artımı 4,6% səviyyəsində qiymətləndirilib.
"TASS" xəbər verib ki, bunu Rusiyanın baş naziri Mixail Mişustin milli layihələrin icrası və dövlət proqramlarının icrasına dair strateji sessiyada çıxışı zamanı deyib.
"Xarici təzyiqlərə baxmayaraq, irəliləməyə davam edəcəyik. Bu, ümumi daxili məhsulun artım dinamikasından aydın görünür. Xatırladaq ki, ötən ilin yekunlarına görə bu rəqəm 3,6% artıb və bu, təbii ki, yalnız ilk qiymətləndirmədir... Yanvar artımı... İqtisadi İnkişaf Nazirliyi tərəfindən 4,6% hesablanıb" – Mişustin qeyd edib.
Bundan əvvəl Rusiyada üç yeni xüsusi iqtisadi zonanın yaradılacağı bildirilib Müvafiq fərmanı Rusiya hökumətinin başçısı Mixail Mişustin imzalayıb. Həmçinin, Rusiya Federasiyasının Baş naziri 2024-cü il aprelin 1-dən pensiyaların 7,5% indeksləşdirilməsini təsdiqləyib.