DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Çinli epidemioloqlardan SOS: “X xəstəliyi"nin qarşısını almaq çətin olacaq

Bildirilir ki, sözügedən xəstəliyin yaratdığı pandemiya riski qlobal iqlim dəyişikliyinin sürətlənməsi, insan fəaliyyətinin genişlənməsi və patogenlərin növlərarası ötürülməsinin artması və digər bu kimi amillərlə bağlı ola bilər.
Sputnik
BAKI, 11 mart - Sputnik. Çin Xalq Respublikasının Xəstəliklərə Nəzarət və Qarşısının Alınması üzrə Dövlət Administrasiyasının rəhbəri Vanq Heşen çinli epidemioloqlara istinadən bildirib ki, yeni “Xəstəlik” xəstəliyinin yaranmasının qarşısını almaq çətin olacaq. Ekspertdən sitat "Penpai" nəşri yazır.

""Xəstəliyin" baş verməsinin qarşısını almaq çətin olsa da, pandemiyanın qarşısını almaq və idarə etmək mümkün olacaq" - Vanq Heşen.

Bildirilir ki, “X xəstəliyinin” ən mühüm xüsusiyyətləri yüksək patogenlik və yayılma sürətidir; xəstəlik asanlıqla mutasiyaya uğrayır.
V.Heşen onu da qeyd edib ki, "X xəstəliyi"nin yaratdığı pandemiya riski qlobal iqlim dəyişikliyinin sürətlənməsi, insan fəaliyyətinin genişlənməsi və patogenlərin növlərarası ötürülməsinin artması kimi amillər üzündən artmaqda davam edir.
"Rospotrebnadzor" daha əvvəl bildirmişdi ki, “X xəstəliyi” ilə bağlı bəyanatların elmi deyil, iqtisadi motivləri ola bilər.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus bu yaxınlarda Dubayda keçirilən Ümumdünya Hökumət Sammitindəki çıxışında bildirib ki, COVID-19-dan aldığımız ibrət dərsləri unudula bilər, çünki dünya ictimaiyyətinin diqqəti hazırda başqa böhranlar üzərində cəmləşib, dünya yeni pandemiyaya hazır deyil.
O bəyan edib ki, bəşəriyyət gec-tez yeni "X xəstəliyi" ilə üz-üzə qalacaq və buna artıq indidən hazırlaşmaq lazımdır.
COVID-19 pandemiyasından aldığımız ağrılı-acılı dərslər unudulmaq riski qarşısındadır, çünki diqqət dünyamızın qarşılaşdığı digər çoxsaylı böhranlara yönəlir deyən Qebreyesus xəbərdarlıq edib ki, bu, onlara növbəti dəfə baha başa gələcək. Onun sözlərinə görə, söhbət yeni pandemiyanın baş qaldırıb-qaldırmayacağından yox, bunun nə vaxt baş verəcəyindən gedir.
"İşlərin hazırkı vəziyyəti ilə bağlı dünya əvvəlki kimi növbəti "X xəstəliyi"nə və daha bir pandemiyaya hazır deyil. Əgər bu, sabah baş verərsə, o halda dünya COVID-19-la bağlı vəziyyətdəki kimi eyni problemlərin əksəriyyəti ilə qarşılaşardı", ÜST-nin başçısı bildirib.
Baş direktor onu da qeyd edib ki, yeni pandemiya qrip virusu və ya daha bir koronavirusla, yaxud da hətta bilmədiyimiz yeni patogen ilə, - buna görə biz onu "X xəstəliyi" adlandırırıq, - yarana bilər.
Qebreyesus xatırladıb ki, "X xəstəliyi" terminini ÜST-də ilk dəfə 2018-ci ildə barəsində mütəxəssislərə heç nə məlum olmayan, lakin buna hazırlaşmaq lazım olması barədə xəstəliyi işarələmək üçün istifadə olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.