HADİSƏ

Tanışları ilə zarafat istəyi 18 yaşlı gəncin həyatına son qoydu

Gəncin əlindəki boru ehtiyatsızlıqdan meydançanın üstündən keçən yüksək gərginlikli elektrik xəttinə toxunub.
Sputnik
BAKI, 11 mart - Sputnik. Ağstafa rayonunda gənc oğlan bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
Ağstafa rayonunun Vurğun qəsəbəsi ərazisində 2006-cı il təvəllüdlü Həsənzadə Elvin Ömər oğlunu elektrik cərəyanı vuraraq öldürüb.
Məlum olub ki, E.Həsənzadə Vurğun qəsəbəsində yerləşən mini futbol meydançasında uzun metal borunu götürərək yoldaşları ilə zarafatlaşmaq istəyib.
Bu zaman əlindəki boru ehtiyatsızlıqdan meydançanın üstündən keçən yüksək gərginlikli elektrik xəttinə toxunub. Nəticədə elektrik cərəyanı onu vuraraq öldürüb.
Report-un qeydinə görə, mərhum gələn ay hərbi xidmətə getməli idi.
Faktla bağlı Ağstafa rayon Prokurorluğunda araşdırma aparılır.