BAKI, 11 mart — Sputnik. Rusiyada prezident seçkiləri öncəsi namizədlərlə bağlı vətəndaşlar arasında sonuncu sorğu keçirilib. Yekun məlumatları Rusiya "İctimai Rəy" Fondu (FOM) dərc edir.
Sorğu iştirakçıları prezidentliyə namizədlər haqqında da danışıblar. Araşdırmaya görə, respondentlərin 80%-dən çoxu Vladimir Putini dəstəkləməyə hazırdır. O, 80,8 faizlə yarışın lideri olaraq qalır.
Bu arada, vətəndaşların 5,7%-i Rusiya Federasiyası Kommunist Partiyasından (RFKP) Nikolay Xaritonova, 5,6%-i isə Rusiya Liberal Demokrat Partiyasını (RLDP) təmsil edən Leonid Slutskiyə səs verməyə hazırdır. Sonuncu namizəd Vladislav Davankovun (Yeni İnsanlar Partiyası) 4,6% səs qazanacağı gözlənilir.
"FOMnibus"un həftəlik sorğusu 2024-cü il martın 4-dən 6-na kimi keçirilib. Burada Rusiyanın 53 bölgəsindən olan vətəndaşlar, ümumilikdə 1,5 minə yaxın respondent iştirak edib. Statistik səhvin 3,6%-idən çox olmadığı bildirilir.
Rusiyada prezident seçkiləri martın 15-dən martın 17-dək keçirilməsi təyin edilib - ölkə tarixində ilk dəfədir ki, üçgünlük formatda təşkil olunub. Ölkənin 29 regionunda onlayn səsvermə keçiriləcək. Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınmış 4 namizəd Rusiya dövlət başçısı postu uğrunda mübarizə aparır: Leonid Slutski, Nikolay Xaritonov, Vladislav Davankov və Vladimir Putin.