AZƏRBAYCAN XƏBƏRLƏRİ

Prezident: Ümidvaram ki, danışıqlar sülh sazişinin imzalanması ilə başa çatacaq

Bu barədə dövlət başçısı martın 11-də Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın birinci iclasında deyib.
Sputnik
BAKI, 11 mart - Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev bu prosesin (Azərbaycan ilə Ermənistan arasında sülh danışıqları - red) sülh sazişinin imzalanması, tarixin bu ağır və qara səhifəsinin çevrilməsi ilə başa çatacağına ümidvar olduğunu bildirib.
Bu barədə dövlət başçısı martın 11-də Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın birinci iclasında deyib.
"Bu gün regional problematika məsələlərini ətraflı müzakirə etdik. Mən Kasım-Jomart Kemeleviçə Azərbaycan ilə Ermənistan arasında sülh danışıqları prosesi haqqında məlumat verdim və ümidvar olduğumu bildirdim ki, bu proses sülh sazişinin imzalanması, tariximizin bu ağır və qara səhifəsinin çevrilməsi ilə başa çatacaq", - Azərbaycan lideri qeyd edib.