RUSİYA

Peskov: Rusiya NATO ilə əlaqəli insanların Ukraynada olması barədə çoxdan xəbərdardır

Söhbət xüsusən Şimali Atlantika Alyansı ilə birbaşa əlaqəli olan “məsləhətçilər” adlanan şəxslərdən gedir.
Sputnik
BAKI, 11 mart — Sputnik. Rusiya xüsusi xidmət orqanları çoxdan bilirlər ki, Ukrayna ərazisində NATO ilə birbaşa əlaqəsi olan insanlar var.
Bunu bazar ertəsi keçirdiyi brifinqdə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O, dəqiqləşdirib ki, söhbət xüsusən Şimali Atlantika Alyansı ilə birbaşa əlaqəli olan “məsləhətçilər” adlanan şəxslərdən gedir.
Bildiyiniz kimi, bizim müvafiq xidmətlərimizdə çoxdan məlumat var idi ki, Ukrayna ərazisində özlərini məsləhətçi və s. adlandıran insanlar, NATO ilə birbaşa əlaqəli insanlar həqiqətən mövcuddurlar” - Peskov qeyd edib.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi Şimali Atlantika Alyansını öz kontingentinin Ukraynaya göndərilməsi faktını “inkar etməməyə” çağırmışdı.