FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

"Oskar-2024": qırmızı xalçada ulduzların ən diqqətçəkən obrazları

Los-Ancelesdəki "Dolby" teatrında ABŞ Kino Akademiyasının 96-cı "Oskar" mükafatının 2023-cü il üçün təqdimat mərasimi keçirilib.
Sputnik
ABŞ Kino Akademiyasının "Oskar" mükafatının qalibləri müəyyənləşib.
Hazırda mükafat 24 əsas nominasiya üzrə təqdim olunur - mükafatın uzun tarixinə görə qaliblərin seçilməsi qaydaları dəfələrlə dəyişdirilib, lakin yenə də "İlin ən yaxşı filmi" nominasiyası istisna olmaqla, hər bir gildiya yalnız öz kateqoriyası üzrə səs verir.
Bu ilin qalibi Kristofer Nolanın "Oppengeymer" əsəridir. O, 13 nominasiyada üzrə təqdim olunub və yeddi mükafat qazanıb.
Film nəinki "Ən yaxşı film" nominasiyasında qalib olub, həm də ən yaxşı rejissor, operator işi, montaj və orijinal musiqi nominasiyasına görə heykəlciklər alıb.
Filmdə baş rolu canlandıran Killian Merfi ən yaxşı aktyor kimi "Oskar" alıb, kiçik Robert Dauni isə ən yaxşı ikinci plan aktyoru kimi qalib olub.
Emma Stoun "Kasıblar-bədbəxtlər" filmindəki baş rola görə "Ən yaxşı qadın aktrisa" nominasiyasına layiq görülüb. "Ən yaxşı orijinal ssenari" nominasiyasında Cyustin Trie və Artur Hararinin "Düşmə Anatomiyası" filmi, "Ən yaxşı uyğunlaşdırılmış ssenari" nominasiyasında isə "Amerika fantastikası" filmi "Oskar" mükafatına layiq görülüb.
Conatan Qleyzerin "Maraq zonası" filmi "Xarici bədii film" nominasiyasında, Hayao Miyazakinin "Oğlan və quş" filmi isə "Ən yaxşı cizgi filmi" nominasiyasında "Oskar" qazanıb.
1940-cı illərdən bəri "Oskar" kimi tanınan ABŞ Kino Sənətləri və Elmləri Akademiyası 1929-cu ildə yaradılıb və kinofilmlərin inkişafına töhfə verən şəxsləri təltif edir.
1 / 18

Los-Ancelesdə keçirilən 96-cı "Oskar" Kino Mükafatları mərasimində aktrisa Florens Pyu qırmızı xalçada.

2 / 18

Aktyor Rayan Qoslinq Los-Ancelesdə keçirilən 96-cı "Oskar" Kino Mükafatları mərasimində iştirak edib.

3 / 18

Los-Ancelesdə keçirilən 96-cı "Oskar" Kino Mükafatları mərasimində müğənni Ariana Qrande qırmızı xalçada.

4 / 18

Los-Ancelesdə keçirilən 96-cı "Oskar" Kino Mükafatları mərasimində qonaqlar qırmızı xalçada.

5 / 18

Los-Ancelesdə keçirilən 96-cı "Oskar" Kino Mükafatları mərasimində iştirak edən model Krissi Taygen və onun həyat yoldaşı Con Ledjend.

6 / 18

Los-Ancelesdə keçirilən 96-cı "Oskar" Kino Mükafatları mərasimində iştirak edən model Emili Ratakovski.

7 / 18

Aktyor Ceff Qoldblum Los-Ancelesdə keçirilən 96-cı "Oskar" Kino Mükafatları mərasimində iştirak edib.

8 / 18

Los-Ancelesdə keçirilən 96-cı "Oskar" Kino Mükafatları mərasimində iştirak edən aktrisa Cennifer Kulidc.

9 / 18

Los-Ancelesdə keçirilən 96-cı "Oskar" Kino Mükafatları mərasimində iştirak edən aktrisa Salma Hayek.

10 / 18

Los-Ancelesdə keçirilən 96-cı "Oskar" Kino Mükafatları mərasiminin qırmızı xalçası.

11 / 18

Fotomodel Kamila Alves Los-Ancelesdə keçirilən 96-cı "Oskar" Kino Mükafatları mərasimində iştirak edib.

12 / 18

Los-Ancelesdə keçirilən 96-cı "Oskar" Kino Mükafatları mərasimində iştirak edən aktrisa Selma Bler.

13 / 18

Los-Ancelesdə 96-cı "Oskar" Kino Mükafatları mərasimində iştirak edən qonaqlar.

14 / 18

Los-Ancelesdə keçirilən 96-cı "Oskar" Kino Mükafatları mərasimində iştirak edən model İrina Şeyk.

15 / 18

Sahibkar Jeff Bezos Los-Ancelesdə keçirilən 96-cı "Oskar" Kino Mükafatları mərasimində iştirak edib.

16 / 18

Aktrisa Şarliz Teron Los-Ancelesdə keçirilən 96-cı "Oskar" Kino Mükafatları mərasimində iştirak edib.

17 / 18

Los-Ancelesdə keçirilən 96-cı "Oskar" Kino Mükafatları mərasimində iştirak edən aktrisa Vanessa Hacens.

18 / 18

Los-Ancelesdə keçirilən 96-cı "Oskar" Kino Mükafatları mərasimində top model Molli Sims qırmızı xalçada.