BAKI, 11 mart - Sputnik. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev vəzifəsindən azad edilib.
Bunu “Azəriqaz”dan təsdiq ediblər.
Onu bu vəzifədə İstehsalat Birliyinin baş direktorunun müavini Azər Məmmədov əvəz edib.
A.Məmmədov 2023-cü ilin mart ayına qədər “SOCAR Energy Georgia”nın baş direktorunun müşaviri vəzifəsində çalışıb.