RUSİYA

Kreml Putinin təhlükəsizliyinin səfərə gedəndə yemək yeyərkən belə qorunduğunu açıqlayıb

Peskov deyib ki, Rusiya liderinin təhlükəsizliyi, o cümlədən, səfərlərdə qida qəbulu zamanı etibarlı şəkildə təmin edilir.
Sputnik
BAKI, 10 mart - Sputnik. Vladimir Putinin təhlükəsizliyi etibarlı şəkildə təmin edilir.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov "Rossiya" telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Rusiya liderinin təhlükəsizliyi, o cümlədən, səfərlərdə qida qəbulu zamanı etibarlı şəkildə təmin edilir.
Qeyd edək ki, martın 5-də Putin Stavropol diyarına səfəri zamanı istixana kompleksinin işçiləri ilə nahar edib, ona şorba, kartof püresi və həmin istixanada yetişdirilən tərəvəzlər təqdim olunub.