DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ərdoğan yenidən prezidentliyə namizəd ola bilər

Türkiyədə parlament növbədənkənar seçki barədə qərar verərsə, Ərdoğan üçüncü dəfə namizəd olmaq hüququ qazanacaq.
Sputnik
BAKI, 10 mart - Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentin növbədənkənar seçkilərin keçirilməsinə qərar verəcəyi təqdirdə yenidən dövlət başçısı postu uğrunda mübarizə apara bilər.
Bu barədə Türkiyənin keçmiş ədliyyə naziri Bəkir Bozdağ “X” hesabında bildirib.
"Konstitusiyaya görə, prezidentlik müddəti beş ildir və bir şəxs maksimum iki dəfə dövlət başçısı seçilə bilər. Ancaq konstitusiyaya görə, parlament növbədənkənar seçki barədə qərar verərsə, Ərdoğan üçüncü dəfə namizəd olmaq hüququ qazanacaq” – Bozdağ yazıb.
Onun sözlərinə görə, bundan sonra nə baş verəcəyini və hansı qərarların qəbul oluna biləcəyini proqnozlaşdırmaq mümkün deyil.
Xatırladaq ki, Rəcəb Tayyib Ərdoğan martın 31-də keçiriləcək bələdiyyə seçkilərinin onun üçün son seçki olacağını bildirmişdi.
2023-cü ilin mayında keçirilən seçkilərdə o, qalib gəlib və daha 5 il ölkəyə rəhbərlik etmək hüququ qazanıb.