RUSİYA

ABŞ Ukrayna layihəsi ilə özünü qanlı şəkildə rüsvay edib - Zaxarova

Rusiya XİN-in rəsmi nümayəndəsi ABŞ prezidenti Co Baydenin Əfqanıstanı Ukrayna ilə səhv salaraq, "Biz Ukraynaya girəməməliydik" sözlərinə münasibət bildirib.
Sputnik
BAKI, 10 mart — Sputnik. ABŞ Ukrayna layihəsi ilə özünü qanlı şəkildə rüsvay edib.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ prezidenti Co Baydenin müsahibəsində Əfqanıstanı Ukrayna ilə səhv salaraq, "Biz Ukraynaya girəməməliydik" sözlərinə münasibət bildirərkən deyib.
“Yazırlar ki, Bayden Ukraynanı Əfqanıstanla səhv salıb. O, səhv salmayıb. O, artıq hamının başa düşdüyü şeyi özündə saxlaya bilmir: Birləşmiş Ştatlar Ukrayna layihəsi ilə özlərini qanlı şəkildə rüsvay ediblər”, deyə Zaxarova bildirib.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev isə Baydenin məlum açıqlamasını Teleqram kanalında paylaşaraq "nadir axmaq" (редкий идиот) şərhini yazıb.
Qeyd edək ki, Bayden müsahibəsində Ukraynanı Əfqanıstan və İraqla səhv salıb. O, Amerikanın Ben Ladeni ələ keçirmək üçün İraqa və Əfqanıstana girməməli olduğunu, bunun səhv olduğunu, buna ehtiyacın olmadığını demək istəyib, lakin Əfqanıstan və İraq əvəzinə Ukrayna ifadəsini işlədib. Daha sonra fikrini düzəldib, qeyd edib ki, ABŞ-ın Əfqanıstan və İraqa girməsi daha çox yeni problemlər yaradıb.
06.03.24, 11:25
ABŞ uğursuzluğunun izlərini istefalarla ört-basdır edəcək
ABŞ Ukrayna istiqamətində öz siyasətinin uğursuzluğunun izlərini müxtəlif yollarla, ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nulandla bağlı vəziyyətdə olduğu kimi istefalar yolu ilə ört-basdır edəcək. Bunu Sputnik radiosuna açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Bundan əvvəl ABŞ dövlət katibi Antoni Blinken Nulandın yaxın həftələrdə istefa verəcəyini açıqlamışdı.

"İndi onlar öz izlərini müxtəlif yollarla, o cümlədən bu cür istefalar, işdən çıxarılmalar, xarici siyasətdəki uğursuzluqları və yanlış hesablamaları ilə bağlı bütün tarixi "yenidən qurmaq" cəhdi ilə ört-basdır edəcəklər. Bu, tam uğursuzluqdur. Onlar müxtəlif addımlar atacaqlar, lakin dəyişməz olaraq qalan Amerika Birləşmiş Ştatlarının müttəfiqlərinə bu davamlılığa əsaslanan xəyanətidir. Biz bu barədə danışmışıq, eyni şeyi Ukrayna prezidenti Volodimir Zelenski və onun ətrafındakılar bilməyə bilməzdilər" - diplomat qeyd edib.

Zaxarova qeyd edib ki, Birləşmiş Ştatlar hamıya xəyanət edir, onlar əvvəlcə hamıya hər şeyi vəd edir, sonra isə nəsə etmirlər.
"İndi onlar çox şey deməyə çalışacaqlar. Onsuz da bunu edirlər, amma pis alınır. Nuland ölkəmizə qarşı rusofob siyasəti həyata keçirən əsas şəxs idi, bütün bu hekayə Nulandla bağlı idi" - Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi deyib.
Diplomat Nulandın yalnız Dövlət Departamentinin yüksək vəzifəli nümayəndəsi deyil, həm də ABŞ-ın idarələrarası qarşılıqlı fəaliyyətdə əsas fiquru olduğuna diqqət çəkib:
"O, müxtəlif xidmətlər və nazirliklər daxilində ABŞ-ın xarici siyasət yanaşmalarını koordinasiya edirdi. Bu, o demək deyil ki, o, tək idi. O, ilk növbədə ABŞ-ın anti-Rusiya əhval-ruhiyyəsinin, anti-Rusiya siyasətinin koordinatoru idi. Onun ideoloq olduğunu deyə bilmərəm. Orada bizə daha çox nifrət edənlər var, amma o, həqiqətən də koordinator idi. Beləcə, onunla vidalaşdılar. İndi çoxlu izahatlar var, amma əslində, bunun yalnız bir izahatı var. O da ABŞ Prezidenti Co Bayden administrasiyasının Ukrayna istiqamətində tamamilə uğursuzluğu fonunda müttəfiqlik münasibətləri daxilindəki nifaqdır".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.