SƏHİYYƏ

Qırğızıstanın özəl laboratoriyaları bütün analizlərin qiymətini endirdi - Dövlət siyasəti

Dövlət Milli Təhlükəsizlik Komitəsi (DMTK) böyük özəl tibb müəssisələrinin nümayəndələrinin iştirakı ilə görüşlər keçirilib.
Sputnik
BAKI, 9 mart - Sputnik. Qırğızıstanın Dövlət Milli Təhlükəsizlik Komitəsi (DMTK) ölkənin böyük özəl tibb müəssisələrinin nümayəndələrinin iştirakı ilə bir sıra görüşlər keçirilib. Bu barədə Qırğızıstan KİV-ləri komitənin mətbuat mərkəzinə istinadən məlumat yayıb.
Məlumatda qeyd edilir ki, görüşlərdə əhaliyə göstərilən xidmətlərin keyfiyyəti və onların qiymət siyasəti müzakirə olunub.
Nəticədə aşağıdakı iri şirkətlərdə bütün laboratoriya tədqiqatları (analizlər) üzrə qiymətlərin 30 faizədək aşağı salınması barədə razılıq əldə olunub:
"İntelmed" ("Bonetski Laboratoriyası");
"Aqvalab";
“Evrolab”;
"Hemotest";
"Ekspress-Plus";
"Medikana";
"Lazmed Klinikası";
"Human";
"İnter-Lab" ("İnvitro");
"İntermedikal";
"Farvater".
Laboratoriya, arxiv
Eynilə, "Yuni-Help", "Lab-Servis", "Kokomeren", "Yurfa", "El-Farm", "Mediks-Eles", "Medsentr.kj", "Bi-Hels-Farm", "Eray-Farm", "Farvater", "Meer-Çop", "Miramed və Ko", "BiLayv", "Meditek", "Medi-Progress" və "Dayra-Farm" MMC reagent tədarükçüləri də laboratoriyalara satılan reagentlərin qiymətlərini 15 faizədək endiriblər.
Bundan başqa, “Yurfa” MMC-nin rəhbərliyi tomoqrafiya müayinəsindən keçmə xidmətlərinin qiymətlərini 20 faiz aşağı salıb. Bu müayinənin qiymətlərinin aşağı salınması üçün oxşar tədbirlər digər özəl tibb müəssisələri ilə də aparılacaq.
Dövlət tibb müəssisələrindən olan həkimlərin istiqamətləndirməsi ilə müraciət edən xəstələrə 50 faizlik güzəştli xidmət göstərilməsi üçün “İntelmed” MMC – “Bonetski Laboratoriyası” şirkəti ilə razılıq əldə olunub.
Qırğızıstan Respublikasının Dövlət Milli Təhlükəsizlik Komitəsi laboratoriya və tibb müəssisələri tərəfindən göstərilən xidmətlərin qiymətlərinin tənzimlənməsinə, habelə özəl tibb müəssisələrinin xidmətlərindən istifadə etməkdə köməklik göstərən dövlət tibb müəssisələrinin işçilərinin fəaliyyətinə nəzarətin gücləndirilməsinə yönəlmiş tədbirləri davam etdirir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.