BAKI, 9 mart — Sputnik. Bütün planetdə elektrik şəbəkəsinin məhv edilməsi Günəşdə güclü partlayışların yaratdığı qlobal fəlakətin nəticələrindən biri ola bilər.
Bu barədə elmi populyarlaşdıran Daniel Mediavilla məlumat verib.
Ekspertin fikrincə, Yerə yaxınlaşan maqnit qasırğası bəşəriyyəti texnikanın çox olmadığı orta əsrlərə geri qaytara bilər.
O qeyd edib ki, bu il günəş aktivliyinin çoxillik dövrünün zirvəsi olacaq. Günəşdəki partlayışlar peykləri sıradan çıxara və elektrik şəbəkəsini məhv edə bilər.
Bundan əlavə, alimlər artıq güclü partayış qeydə alıblar. O, çox böyük ziyan vurmayıb, lakin mütəxəssislər hesab edirlər ki, günəş aktivliyi artdıqca, insanlıq üçün təhlükə də artır.
Mediavilla mümkün hadisələri 1859-cu ildəki geomaqnit qasırğasının teleqraf xətlərini pozduğu zaman baş verənlərlə müqayisə edib. O, əlavə edib ki, insanlar elektrik enerjisinə sıx bağlı olduqları üçün ziyan hazırda daha çox ola bilər.
"El Pais" qəzeti bu barədə yazıb.
Xatırladaq ki, artıq bir sıra günəş partlayışlarına səbəb olan və əvvəllər hiperaktiv olan günəş ləkəsi böyüməyə davam edir. O, birbaşa Yerə yönəldilib.
Alimlər planetimizdə dağıdıcı nəticələrə səbəb ola biləcək yeni püskürmənin yüksək riski barədə xəbərdarlıq ediblər.