BAKI, 9 mart - Sputnik. Çində təhlükəsizliklə bağlı qeyri-müəyyənlik artır, separatizm problemləri ciddidir. Bunu Çin Xalq Respublikasının Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Vu Qian ölkə hökumətinin 2024-cü ildə hərbi büdcəni 7,2% artırmaq planlarını şərh edərkən deyib.
Onun sözlərinə görə, hazırda ölkənin hərbi problemləri mürəkkəb və müxtəlifdir.
“Ölkədə anti-separatçı mübarizə ilə bağlı vəziyyət mürəkkəb və ciddidir. Çində təhlükəsizlik vəziyyəti getdikcə qeyri-sabit və qeyri-müəyyən olur. Hərbi mübarizənin qarşısında duran vəzifələr çətin və rəngarəngdir” - Vu Qian Çinin XIV Ümumçin Xalq Nümayəndələri Konqresinin ikinci sessiyası çərçivəsində jurnalistlərə bildirib.
“Dünya böyük harmoniyadan uzaqdır, ordunu gücləndirmək lazımdır” - müdafiə nazirliyinin nümayəndəsi qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.