BAKI, 9 mart - Sputnik. Qazaxıstanın “KazMunayQaz” şirkətinin İdarə Heyətinin sədri Maqzum Mirzəqaliyev və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Bakıda keçirilən görüşdə Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə tranzitinin artırılması məsələlərini müzakirə ediblər. Bu barədə “KazMunayQaz” şirkətinin mətbuat xidməti məlumat yayıb.
“Tərəflər Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə tranzit həcminin tədricən artırılması və Qazaxıstan neftinin Bakı-Supsa neft kəməri ilə nəqli məsələlərini müzakirə ediblər” - məlumatda deyilir.
Mirzəqaliyev qeyd edib ki, SOCAR “KazMunayQaz” üçün ən mühüm strateji tərəfdaşdır.
Председатель Правления АО НК «КазМунайГаз» (КМГ) Магзум Мирзагалиев с Президентом Государственной нефтяной компании Азербайджанской Республики (SOCAR) Ровшаном Наджафом
© Photo : National Company "KazMunayGas"
“Əminik ki, Qazaxıstan neftinin tranzit həcmlərinin tədricən artırılması qarşılıqlı faydalı əməkdaşlığın inkişafına yeni təkan verəcək” - o, bildirib.
“KazMunayQaz” və SOCAR arasında Azərbaycan ərazisindən ildə 1,5 milyon ton Qazaxıstan neftinin tranziti haqqında saziş çərçivəsində bu ölkənin nefti ötən ildən Aktau-Bakı-Ceyhan marşrutu ilə davamlı şəkildə nəql olunur.
Председатель Правления АО НК «КазМунайГаз» (КМГ) Магзум Мирзагалиев с Президентом Государственной нефтяной компании Азербайджанской Республики (SOCAR) Ровшаном Наджафом
© Photo : National Company "KazMunayGas"
2023-cü ilin sonunda Aktau limanından 1,057 milyon ton, 2024-cü ilin yanvar-fevral aylarında 232 min ton neft göndərilib.
Qeyd edək ki, KazMunayQaz Milli Şirkəti (KMQ) ASC Qazaxıstanın aparıcı şaquli inteqrasiya olunmuş neft və qaz şirkətidir. KMQ karbohidrogenlərin kəşfiyyatı və hasilatından daşınmasına, emalına və ixtisaslaşdırılmış xidmətlərin göstərilməsinə qədər bütün hasilat dövrü üzrə aktivləri idarə edir. 2002-ci ildə yaradılan şirkət Qazaxıstanın ölkənin neft-qaz sənayesində maraqlarını təmsil edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.